Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb

turkiye ordusu suriyanin afrin bolgesinde quru emeliyyatina baslayib

Bu gün Türkiyə ordusu Suriyanın Afrin bölgəsində quru əməliyyatına başlayıb.

 

APA-nın məlumatına görə, bu barədə Türkiyənin NTV telekanalı  məlumat yayıb.

 

Türkiyə ordusunun bölmələri tankların müşayiəti ilə Bakı vaxtı ilə 12.05-də Kilis rayonunun Gülbaba yaşayış məntəqəsi istiqamətindən Suriya sərhədini keçib.

 

Qeyd edək ki, dünən Türkiyə Baş Qərargahı yerli vaxtla saat 17.00-da Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib. Dünən Türkiyə qırıcı təyyarələri bölgədə terror təşkilatının hədəflərinə hava zərbələri endirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:08 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • boyuk britaniyada xocali soyqiriminin 26 ci ildonumu munasibeti ile anim merasimi kecirilib
    Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasib...
  • sirvan sakini gulle yarasi alib
    Şirvan sakini güllə yarası alıb
sirvan sakini gulle yarasi alib sirvan sakini gulle yarasi alib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301