Türkiyəli nazir: “Niderland hakimiyyəti çox kobud davrandı”

turkiyeli nazir niderland hakimiyyeti cox kobud davrandi

Türkiyənin ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Niderland hakimiyyətinin ona və nümayəndə heyətinin üzvlərinə qarşı çox kobud davrandığını bildirib.

 

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu gün İstanbula dönən Kaya bildirib ki, dünən onun beş mühafizəçisi, o cümlədən Türkiyənin səfir statusunda olan Niderlanddakı müvəqqəti işlər vəkili müvəqqəti saxlanılıb.

 

Niderland polisi onları avtomobildən çıxarıb, başqa bir avtomobilə Almaniya sərhədindəki polis mərkəzinə gətirib: “Biz çox çox kobud və sərt münasibətlə üzləşdik. Mən nazir kimi diplomatik pasporta malikəm, Türkiyə vətəndaşları ilə Türkiyənin bu ölkədəki konsulluğunda, Türkiyə ərazisi sayılan bir yerdə görüşməyi planlaşdırırdım. Beynəlxalq hüquqa əsasən bu görüş üçün hər hansı icazə almaq tələb edilmir. Beynəlxalq ictimaiyyəti Niderland hakimiyyətinin bu qanunsuz və qeyri-insani hərəkətini qınamağa çağırıram”.

 

Qeyd edək ki, dünən Niderland hakimiyyəti Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazə verməyib, ailə və sosial siyasət naziri Fatma Betül Sayan Kayanı Türkiyənin Rotterdamdakı konsulluğuna buraxmayaraq ölkədən çıxarıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 19 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ