Yaponiyada Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb

yaponiyada milli tehlukesizlik surasinin iclasi cagirilib

Yaponiyanın baş naziri Sindzo Abe Şimali Koreyanın həyata keçirdiyi raket sınaqları ilə əlaqədar Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

 

APA-nın xəbərinə görə, bu barədə S.Abe “NHK” telekanalının canlı yayımında deyib.

 

“Biz Şimali Koreyaya artıq qəti etirazımızı bildirmişik. Həmçinin ABŞ və Cənubi Koreya ilə birgə Pxenyanın hərəkətlərinə cavab verməyə hazırıq”, deyə S.Abe bildirib.

 

Bu gün Şimali Koreya hərbçiləri Yapon dənizinə raket buraxıb. Cənubi Koreyanın Müdafiə nazirliyindən bildiriblər ki, tipi məlum olmayan raket Şimali Koreyanın Phönan-Pukto əyalətindəki kosmodromdan buraxılıb. Bundan sonra Yaponiya nazirlər kabinetinin baş katibi Esihide Suqa dörd raketin Yapon dənizinə buraxıldığını, onlardan üçünün bilavasitə Yaponiyanın ərazı sularına düşdüyünü bəyan edib. Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:02 23 Sentyabr
21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ