Yəməndə silahlıların hücumu nəticəsində 11 hərbçi ölüb

yemende silahlilarin hucumu neticesinde 11 herbci olub

Yəməndə “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmasının silahlılarının hücumları nəticəsində 11 hərbçi həlak olub.

 

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, Əbyan əyalətində silahlılar nəzarət-keçid məntəqəsinə hücum edərək 6 hərbçini öldürüb. Daha 5 hərbçi Hadramaut əyalətində həlak olub.

 

Yəməndə üsyançı husilər, sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən ordu qüvvələri və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə davam edir. Ölkənin cənubunda isə İŞİD və “Ərəbistan Yarımadasında Əl-Qaidə” terror qruplaşmaları fəaliyyət göstərir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

21:32 22 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev milli komandamizin oyununa baxib
    Prezident İlham Əliyev milli komandamızın oyununa baxıb
  • bakida is yerine velosipedle adli veloyurus kecirilib
    Bakıda “İş yerinə velosipedlə!” adlı veloyürüş keçirilib...
bakida is yerine velosipedle adli veloyurus kecirilib bakida is yerine velosipedle adli veloyurus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ