ABŞ-ın Avropa komandanlığı: Suriyaya atılan bircə raket belə vurulmayıb

abs in avropa komandanligi suriyaya atilan birce raket bele vurulmayib

Suriya və Rusiyanın hava hücumundan müdafiə qüvvələri ABŞ, Britaniya və Fransa tərəfindən Suriyada kimyəvi vasitələr istehsal edən obyektlərə buraxılan 100-dən çox raketin heç birini vurmayıblar”.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın Avropa Komandanlığının (EUCOM) mətbuata açıqlamasında deyilir. “Bu missiyada iştirak etmiş heç bir raket Suriya HHM qüvvələri tərəfindən uğurla vurulmayıb və Rusiya HHM sistemlərinin işə salındığına dair heç bir əlamət yoxdur”, - deyə açıqlamada bildirilir.

 

Açıqlamada qeyd olunur ki, ümumilikdə hədəflərə 105 raket atılıb. Qırmızı dənizdən – “Monterey” (ABŞ) kreyserindən 30 “Tomahawk” raketi, “Laboon” (ABŞ) eskadra mina gəmisindən 7 eyni tip raket; Fars Körfəzindən – “Higgins” (ABŞ) eskadra mina gəmisindən 23 raket; Aralıq dənizindən – “John Warner” (ABŞ) sualtı qayığından 6 raket, “Languedoc” Fransa freqatından 3 raket buraxılıb. Havadan 2 ədəd “B-1B Lancer” ABŞ strateji bombardmançısı tərəfindən 19 raket, Britaniyanın “Tornado” və “Typhoon” hücum təyyarələrindən 8 raket, Fransanın “Rafales” və “Mirages” hücum təyyarələrindən 9 raket buraxılıb.

 

ABŞ-ın Avropa qüvvələrinin komandanı Kertis Skaparotti bildirib ki, əməliyyat dəqiqliklə planlaşdırılaraq icra edilib və EUCOM-un istənilən vəziyyətə operativ reaksiya vermək qabiliyyətini təsdiqləyib. 

 

Qeyd edək ki, aprelin 14-də səhərə yaxın ABŞ, Böyük Britaniya və Fransa tərəfindən Surİyadakı 3 obyektə raket zərbələri endirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:07 22 Aprel
Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboyda mikroavtobus vaz la toqqusub 3 nefer xesaret alib yenilenib
    Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət al...
  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
tbiliside enenevi cay festivali kecirilib tbiliside enenevi cay festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279