Avropa İttifaqının Ukrayna üçün viza rejimini ləğv etməsi ilə bağlı yekun sənəd imzalanıb

avropa ittifaqinin ukrayna ucun viza rejimini legv etmesi ile bagli yekun sened imzalanib

Bu gün Strasburqda Avropa İttifaqının Ukrayna vətəndaşları üçün vizasız rejim tətbiq etməsinə dair qərarın imzalanma mərasimi keçirilib.

 

APA-nın “112.ua” saytına istinadən verdiyi məlumata görə, mərasimdə Avropa Parlamentinin sədri Antonio Tayani, Avropa İttifaqına sədrlik edən Maltanın daxili işlər və milli təhlükəsizlik naziri  Karmelo Abela, Avropa Parlamentinin Ukrayna üzrə məruzəçisi Mariya Qabriel, Ukrayna prezidenti Pyotr Poroşenko və digər rəsmi şəxslər iştirak edib.

 

“Biz buna nail olduq. Əladır! Hər şey qaydasındadır, hər kəs məmnundur. Biz buradayıq, biz çox şadıq, hər kəs – siyasətçilər, jurnalistlər, 45 milyon ukraynalı məmnundur”, - deyə P. Poroşenko bildirib.  

 

Qərar Aİ-nin rəsmi jurnalında dərc olunduqdan sonra qüvvəyə minəcək. Bunun iyunun 11-də baş verəcəyi gözlənilir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ