Böyük Britaniya parlamenti “Brexit”in başlanmasına dair qanun layihəsini təsdiqləyib

boyuk britaniya parlamenti brexit in baslanmasina dair qanun layihesini tesdiqleyib

Böyük Britaniya parlamentinin Lordlar palatası Avropa İttifaqından çıxma proseduruna dair qanun layihəsini təsdiqləyib.

 

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl qanun layihəsi İcmalar palatası tərəfindən təsdiqlənib.

 

Hazırda qanunun qüvvəyə minməsi üçün formal olaraq kraliça II Yelizavetanın razılığı gərəkdir. Bundan sonra Böyük Britaniyanın baş naziri Tereza Mey rəsmi olaraq ölkəsinin Avropa İttifaqından çıxma proseduruna start verə bilər. “Brexit”in rəsmi olaraq başlanacağı tarix hələ ki, məlum deyil. Əksər ekspertlər bunun martın 27-də baş tutacağın ehtimal edir.  

 

Qeyd edək ki, ötən il keçirilən referendumda britaniyalıların 51,9%-i krallığın Avropa İttifaqının tərkibindən çıxmasına səs verib. Fevralın 1-də Britaniya parlamentinin İcmalar Palatası “Brexit” prosedurunun başlanmasına səs verib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ