Çavuşoğlu: “Bizə insan haqları barədə mühazirə oxumağı dayandırın”

cavusoglu bize insan haqlari barede muhazire oxumagi dayandirin

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu Hamburqdakı Baş Konsulluğun binasında çıxış edib.  

 

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu ölkəsinin Hamburqdakı Baş Konsulluğun binasında çıxış edib.  APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, nazir Almaniya nümayəndələrindən Ankaraya mühazirələrin oxunmasına son qoymağı tələb edib.

 

“Bizə insan haqları və demokratiya barədə mühazirələr oxumağı dayandırın”, - deyə nazir qeyd edib. Çavuşoğlu iki ölkə arasında qarşıdurmanın artıq müntəzəm xarakter aldığını qeyd edib.

 

Mövlud Çavuşoğlunun martın 8-də Berlində alman həmkarı Ziqmar Qabriel ilə görüşü nəzərdə tutulub.  

 

Qeyd edək ki, Hamburq şəhər administrasiyası bundan əvvəl Mövlud Çavuşoğlunun türk icmasının nümayəndələri qarşısında planlaşdırılan çıxışını ləğv edib. Qərar görüşün keçiriləcəyi məkanda şəraitin yanğın təhlükəsizliyi normalarına cavab verməməsi ilə əlaqələndirilib.

 

İki ölkə arasında münasibətlər almaniyalı jurnalist Dəniz Yücelin İstanbulda həbs edilməsindən, eləcə də Almaniyanın Türkiyədəki referendumla bağlı ölkə ərazisində türkiyəli nazirlərin iştirakı ilə geniş toplantıların, mitinqlərin keçirilməsinə icazə verməməsindən sonra gərginləşib. Türkiyə hüquq-mühafizə orqanları D. Yüceli terrorçu təşkilatlarda iştirak, məlumatların qanunsuz istifadəsi və terrorçuluğun təbliğatında şübhəli bilir. Almaniya kansleri Angela Merkel jurnalistin azad olunmasını və Türkiyədə KİV azadlıqlarına əməl olunmasını tələb edib.

 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə rəsmi Berlinin hazırkı siyasətini nasist Almaniyasının yürütdüyü siyasətə bənzədib. Bu sözlə Almaniyada kəskin etiraza səbəb olub və almaniyalı siyasətçilər R. T. Ərdoğan haqqında çox ağır ifadələr işlədiblər. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:08 22 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • taninmis meyxana ustasi bayram kurdexanili avtomobil vurmasi neticesinde olub
    Tanınmış meyxana ustası Bayram Kürdəxanılı avtomobil vurması...
  • mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib
    Mingəçevirdə 8 yaşlı oğlan evin 2-ci mərtəbəsindən yıxılaraq...
mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib mingecevirde 8 yasli oglan evin 2 ci mertebesinden yixilaraq agir xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 23 Avqust, 2017

USD
1.7008
 
EUR
2.0081
 
RR
0.0288
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ