Çavuşoğlu təyyarəsinin Niderlanda enişinə qadağa qoyulmasını şərh edib

cavusoglu teyyaresinin niderlanda enisine qadaga qoyulmasini serh edib

Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu Niderland hökumətinin onun təyyarəsinin  enişinə icazəni ləğv etməsini  “yolverilməz qalmaqal” adlandıraraq, cavab addımlarının atılacağını vəd edib. APA-nın "Assoşieyted Press"ə istinadən verdiyi xəbərə görə, bunu XİN rəhbəri Ankara aeroportunda bildirib

 

“Onlar icazəni guya təhlükəsizlik baxımından ləğv ediblər. Yəni nazir terrorçudur? Biz onlara layiq olduqları cavabı verəcəyik” – deyə  Çavuşoğlu  bildirib.  

 

Xəbər verildiyi kimi, bu gün Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin ölkəyə enişinə icazəni ləğv edib. Hollandiya hökuməti qərarını “ictimai asayiş və təhlükəsizliyə təhdid”lə əlaqələndirib. 

 

Prezident Rəcəb Tayyib Ərdoğan Hollandiyanın bu addımına sərt reaksiya göstərib: "Nazirimiz Hollandiyaya getmək istəyərəkən, bu xəbər gəldi. Referendumdan sonra bu işlərlə məşğul olacağıq. Görək, sənin təyyarələrin Türkiyəyə necə gələcək? Mən diplomatiyadan danışıram, vətəndaşların səyahətini nəzərdə tutmuram. Bunlar bu qədər qorxaqdır, nasizmin qalıqlarıdır, faşistdirlər".

 

Türkiyənin baş naziri Binəli Yıldırım, öz növbəsində, Avropanı Türkiyənin daxili işlərinə qarışmamağa çağırıb: “Ey, Avropa, Türkiyənin daxili işlərinə və siyasətinə qarışmağa son qoy və tərəfkeşlik etməyi dayandır”.  

 

Qeyd edək ki, daha əvvəl martın 11-də Rotterdama gedəcəyini bəyan edən nazir "Hollandiya uçuş icazəmi ləğv edirsə, bizim böyük sanksiyalarımız olar"- deyə, bildirmişdi.

 

İnsidentdən sonra Niderlandın Ankaradakı müvəqqəti işlər müvəkkili Türkiyə XİN-ə çağırılıb. 

 

Çavuşoğlu bu gün Rotterdamda  Hollandiyada yaşayan Türkiyə vətəndaşları qarşısında çıxış edərək Türkiyə konstitusiyasına dəyişiklikləri dəstəkləməyə çağırmağı planlaşdırırdı. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ