Çavuşoğlu: “Türkiyə-Rusiya əlaqələri Türkiyə-NATO əlaqələrinə alternativ deyil”

cavusoglu turkiye rusiya elaqeleri turkiye nato elaqelerine alternativ deyil

“Fransa prezidenti Emmanuel Makron Türkiyə-Rusiya-İran prezidentlərinin Ankarada keçirdiyi görüşdə iştirak etmək istədiyini bildirdi. Biz Rusiya prezidenti Vladimir Putinlə danışdıq, etiraz etmədi. İran prezidenti isə üç ölkənin görüşündən sonra Fransa ilə birlikdə də görüş keçirilməsini məqbul saydı”. 
 
APA-nın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 
 
Fransa prezidentinin bu görüşdə iştirak etmək istəməsinin Dumada kimyəvi silah tətbiqindən əvvəl olduğunu xatırladan M. Çavuşoğlu Fransa prezidentinin yalan danışdığını bildirib: “Bir ölkənin prezidenti belə yalan danışmamalıdır”. 

 

M. Çavuşoğlu qeyd edib ki, Türkiyənin Rusiya ilə çox güclü əlaqələri var: “Ancaq bu əlaqələr Türkiyə-NATO əlaqələrinə alternativ deyil. Fransa prezidentini ciddi olmağa dəvət edirik”.

 

Qeyd edək ki, E. Makron Suriyaya zərbə endirərək Türkiyəni Rusiyadan ayırdıqlarını, Ankaranın kimyəvi hücumu pislədiyini söyləyib. Fransa prezidenti Suriyada sülhə nail olmaq üçün Türkiyə, Rusiya və İran ilə görüş keçirmək istədiyini, ancaq Dumada kimyəvi silah tətbiqi ilə əlaqədar görüşün baş tutmadığını bildirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbilisinin meshur restoranlarindan birinde yangin bas verib yenilenib
    Tbilisinin məşhur restoranlarından birində yanğın baş verib ...
  • beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib
    Beynəlxalq Sərgilər Bürosu missiyasının Bakıya səfərinin yek...
beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib beynelxalq sergiler burosu missiyasinin bakiya seferinin yekunlarina dair metbuat konfransi kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Aprel, 2018

USD
1.7
 
EUR
2.1043
 
RR
0.028