Ərdoğan Almaniyanın iqtidar partiyalarını türk düşməni adlandırıb

erdogan almaniyanin iqtidar partiyalarini turk dusmeni adlandirib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya hökumətini və bu ölkənin aparıcı siyasi partiyalarını sərt tənqid edib.

 

APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, R. T. Ərdoğan cümə namazından çıxarkən sualları cavablandırıb. O, Almaniya kansleri Angela Merkelin Türkiyə ilə Avropa İttifaqı arasında gömrük birliyi müqaviləsinin yenilənməsinə və Türkiyəyə Aİ xətti ilə maddi yardımları ayrılmasına qarşı çıxmasına münasibət bildirib.

 

R. T. Ərdoğan deyib ki, seçki ərəfəsində olan Almaniya öz daxili çəkişmələrini dövlətlərarası münasibətlərə daşıyır: “Almaniya Aİ qaydalarına əməl etməyən ölkədir. Aramızdakı problemlərə görə məsuliyyət daşıyan axtarılırsa, bu, Almaniyadır. Orada 25-30 gün sonra keçiriləcək seçki öncəsində xristian-demokratlar və sosial-demokratlar az qala “Türkiyəni nə qədər çox sıxışdırsaq, o qədər səs alarıq” havasına düşüblər. Mən də Almaniyadakı bütün soydaşlarımıza deyirəm ki, qətiyyən səhv edib bunları dəstəkləməyin. Nə xristian-demokratları, nə sosial-demokratları, nə yaşılları. Bunların hamısı türk düşmənidir. Orada hazırda Türkiyəyə qarşı düşmənçilik etməyən partiyalara dəstək verin. Çünki artıq bu, Almaniyada yaşayan bütün vətəndaşlarımızın qürur məsələsidir. Orada 1 milyona yaxın səs hüququ olan türk seçici var. Düşünürəm ki, onlar Türkiyəyə bu cür hörmətsizlik edən siyasi partiyalara lazımi dərsi verməlidir”.

 

R. T. Ərdoğan Almaniyadan orada olan türkiyəli terrorçuların təhvil verilməsini istədiklərini, şəxsən özünün Angela Merkelə 4500 terrorçunun siyahısını təqdim etdiyini, lakin hər hansı nəticə əldə olunmadığını söyləyib: “Hazırda onların bizdə həbsdə olan 3-5 vətəndaşı var, davamlı onları bizdən istəyirlər. Lakin onların məhkəmələri varsa, bizlərin də var. Məhkəmə bu məsələdə qərarını verməlidir, sonra lazım olan nədirsə, onu edərik”.

 

Qeyd edək ki, hazırkı Almaniya hökuməti xristian-demokratlar və sosial-demokratların koalisiyasından ibarətdir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:08 17 Yanvar
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • korrupsiyaya qarsi mubarize bas idaresinde oten ilin yekunlarina dair metbuat konfransi kecirilib
    Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ötən ilin yekunla...
  • baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub
    Bakı Paylayıcı Şəbəkəsinin inzibati binasının və yarımstansi...
baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub baki paylayici sebekesinin inzibati binasinin ve yarimstansiyalarinin acilisi olub +2
MƏZƏNNƏ
FOREX
/ 17 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0827
 
RR
0.0301