Gürcüstan parlamentində qarşıdurma yaranıb, deputatın başı yarılıb

gurcustan parlamentinde qarsidurma yaranib deputatin basi yarilib

Gürcüstan parlamentinin bu gün keçirilən iclasında deputatlar arasında qarşıdurma yaranıb.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri Vaxtanq Qomelaurinin hesabat çıxışı zamanı “Vətənpərvərlər İttifaqı”ndan olan Emzar Kvitsiani və “Avropalı Gürcüstan” Partiyasının liderlərindən biri Giqa Bokeriya arasında mübahisə baş verib. 

 

Toplantının açıq və ya qapalı keçirilməsi barədə müzakirələr zamanı “Vətənpərvərlər İttifaqı”ndan olan E. Kvitsiani bildirib ki, “xarici rezident Giqa Bokeriya burdadırsa, iclasın açıq və ya qapalı olması fərq etmir”. Bundan sonra tərəflər arasında mübahisə yaranıb. G. Bokeriyanın üzərinə yeriyən E. Kvitsiani digər deputatlar tərəfindən dayandırılıb. O, öz yerindən Bokeriyaya tərəf qələm və su atıb.   

 

Daha bir qarşıdurma deputat otağında baş verib. Bu dəfə hakimiyyətdəki “Gürcü Arzusu”ndan Vano Zardiaşvili və “Avropalı Gürcüstan”dan Georgi Kandelaki mübahisə ediblər. Mübahisə zamanı G. Kandelakinin atdığı külqabı onun öz partiya yoldaşı Otar Kaxidzenin başına dəyib. Nəticədə O. Kaxidzenin başı yarılıb. O, həkimə aparılıb.   

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada dagliq erazide mese yanir
    Zaqatalada dağlıq ərazidə meşə yanır
  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
imislide iki avtomobil toqqusub imislide iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ