Gürcüstan paytaxtının elektrik enerjisi ilə təchizatı bərpa olunub - YENİLƏNİB

gurcustan paytaxtinin elektrik enerjisi ile techizati berpa olunub yenilenib

Gürcüstanda işıqsız qalan yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı bərpa olunub.
 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, artıq Tiflis və Rustavi şəhərlərinin elektrik enerjisi təchizatı tam bərpa edilib.

 
Qeyd edək ki, bu gün saat 16.00-dan başlayaraq Tiflis, Rustavi, Marneuli və digər ərazilərdə işıq olmayıb. 
  
 

*** 17.43

 

Tiflis və Rustavi şəhərlərinin elektrik enerjisi ilə təchizatı tezliklə bərpa olunacaq.

 

APA-nın məlumatına görə, bu barədə “İnfo Rustavi” agentliyinə “Elektrik sistemləri” Dövlət Xidmətindən bildiriblər.

 

Qeyd olunub ki, Ermənistanla sərhəddə yerləşən elektrik verilişi xətlərində problem yaranıb. Bu üzdən yuxarıda qeyd olunan şəhərlərin abonentləri işıqsız qalıb. 

 

Elektrik enerjisi təchizatının bərpası mərhələli şəkildə olacaq.

 

*** 16.56

 

Gürcüstan paytaxtı Tiflis işıqsız qalıb.

 

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, paytaxtın elektrik enerjisi ilə təchizatı yerli vaxtla saat 16.10-da dayandırılıb.

 

Eyni zamanda Tiflisdən 25 kilometr aralıda yerləşən Rustavi şəhəri də işıqsız qalıb.

 

“Elektrik sistemləri” Dövlət Xidmətindən “İnfo Rustavi” agentliyinə bildiriblər ki, hadisənin səbəbləri araşdırılır.

 

Elektrik enerjisi təchizatının nə vaxt bərpa olunacağı bəlli deyil. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • xizida 26 gun erzinde 8 064 eded partlamamis herbi sursat askarlanib
    Xızıda 26 gün ərzində 8 064 ədəd partlamamış hərbi sursat aş...
  • bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib
    Bakıda Çexiyanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul k...
bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib bakida cexiyanin musteqillik gunu munasibetile resmi qebul kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ