Gürcüstan prezidenti Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb

gurcustan prezidenti rusiyaya qarsi umumi strategiya hazirlamaga cagirib

Gürcüstan prezidenti Giorgi Marqvelaşvili beynəlxalq tərəfdaşları Rusiyaya qarşı ümumi strategiya hazırlamağa çağırıb.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, belə bir bəyanatla dövlət başçısı Batumidə müdafiə və təhlükəsizlik məsələləri ilə bağlı keçirilən konfransda çıxış edib.
 

O, beynəlxalq ictimaiyyəti Rusiyanın regionda, o cümlədən Gürcüstanda aqressiv və təxribatçı siyasətinə cavab və reaksiya verəcək ümumi strategiya hazırlamağa çağırıb: “Gəlin, Rusiyanın qonşularına qarşı siyasətinə aydın cavablar verəcək vahid strategiya yaradaq. Dünyanın üstün maraqlar sferalarına bölünməsi yalnız Rusiyanın qonşuları üçün deyil, dünya miqyasında da təhlükə yaradır”. 
 

G. Marqvelaşvili həmçinin qeyd edib ki, Gürcüstanın Avropa və NATO-ya inteqrasiya prosesi davam edir: “Paralel olaraq biz demokratik prosesləri davam etdiririk. Gürcüstanın üzləşdiyi problemlərə baxmayaraq, ölkəmiz  məsuliyyətli beynəlxalq oyunçu olaraq dünyada sabitlik və təhlükəsizliyi təmin edən beynəlxalq missiyalarda fəal iştirak edir”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:25 20 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • erdogan beser esedi destekleyen quvvelerin afrinden geri cekilmesinden danisib
    Ərdoğan Bəşər Əsədi dəstəkləyən qüvvələrin Afrindən geri çək...
  • penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib
    Penitensiar Xidmətin ərazisində yanğın söndürülüb - YENİLƏNİ...
penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib penitensiar xidmetin erazisinde yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Fevral, 2018

USD
1.7001
 
EUR
2.106
 
RR
0.0301