Gürcüstanda Azərbaycandilli məktəblərdə tədrisin səviyyəsi aşağı qiymətləndirilib

gurcustanda azerbaycandilli mekteblerde tedrisin seviyyesi asagi qiymetlendirilib

Gürcüstanın elm və təhsil naziri Aleksandr Cecelava ölkədə milli azlıq nümayəndələrinin ana dillərinə təhsil aldıqları məktəblərdə tədrisin səviyyəsini qiymətləndirib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, nazir ölkədə şəhər və kənd məktəblərinin səviyyəsini müqayisə edib.

 

“Tbilisidə özəl və dövlət məktəblərində tədrisin Avropa təhsil sistemi səviyyəsində aparıldığını demək olar. Kənd məktəbləri isə şəhər məktəblərindən geridə qalır. Lakin milli azlıqların ana dilində təhsil aldıqları məktəblərin səviyyəsi kənd məktəblərinin səviyyəsindən daha aşağıdır”, - deyə nazir “Palitranews” kanalında yayımlanan “360 dərəcə” verilişində deyib. 

 

A. Cecelava bunu ilk növbədə müəllimlərlə əlaqələndirib: “Son 25 ildə müəllim peşəsinin nüfuzu aşağı düşmüşdü”.

 

Qeyd edək ki, hazırda Gürcüstanda 124 Azərbaycandilli məktəb fəaliyyət göstərir. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • heyder eliyev merkezinin parkinda dihaj qrupunun konserti olub
    Heydər Əliyev Mərkəzinin parkında “Dihaj” qrupunun konserti ...
  • sahdag milli qorugunda yangin sondurulub yenilenib
    Şahdağ Milli Qoruğunda yanğın söndürülüb - YENİLƏNİB...
sahdag milli qorugunda yangin sondurulub yenilenib sahdag milli qorugunda yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ