Kiyevdə Ali Rada qarşısında müxalifətin aksiyası keçirilir

Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu Yeni Qüvvələr Birliyi, Alternativlər, Həqiqət, Batkıvşina, Özünə Dəstək və digər partiyaların tərəfdarları, o cümlədən “Sağ sektor”, “Milli Korpus” təşkilatlarının üzvləri Kiyevdə Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir.

 

APA-nın UNİAN agentliyinə istinadən verdiyi məlumata görə, aksiya ilə əlaqədar Kiyevin mərkəzində təhlükəsizlik tədbirləri gücləndirilib, bəzi küçələr qismən bağlanıb, təhlükəsizliyin təmin edilməsinə 3,5 min polis əməkdaşı cəlb olunub.

 

Aksiya təşkilatçıları və iştirakçıları parlamentdə deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər. Yeni Qüvvələr Birliyinin sədri Mixail Saakaşvili tələblərin yerinə yetirilməyəcəyi təqdirdə, aksiya iştirakçılarını prezident Pyotr Poroşenkonun istefasını tələb etməyə çağırıb: “Əgər bu gün Poroşenko sonuncu dəfə bizi eşitməsə və 3 il ərzində olduğu kimi yenə zaman udmağa çalışsa, məncə, bu meydanı digər yerlə əvəz etməliyik. Mən kiyevliləri işdən sonra bu meydana çağırıram. Bizə qoşulun və Poroşenkonun postunu tərk etməsini tələb edin”.

 

P. Poroşenko isə Malta prezidenti ilə birgə mətbuat konfransında aksiyaya münasibət bildirərək deyib ki, aksiyanın dinc xarakter daşımasının təmin edilməsi vacibdir: “Bu, demokratiya üçün çox mühüm elementdir. Mən aksiya və aksiya iştirakçılarına hörmətlə yanaşıram. Heç bir halda məsuliyyətsiz siyasətçilərin 2015-ci il avqustun 31-də baş verən və Milli Qvardiyanın 4 əsgərlərinin ölümünə yol açan faciəvi hadisələrin təkrarlamasına yol vermək olmaz. Buna görə də aksiya təşkilatçıları və hüquq-mühafizə orqanları məsuliyyətli olmalıdır”.

 

Ukrayna daxili işlər nazirinin müavini Zoryan Şkiryak isə “Facebook” sosial şəbəkəsindəki səhifəsində aksiyaçıların partlayıcılardan istifadə edərək Ali Radaya hücum edə biləcəyini yazıb. Z. Şkiryak hüquq-mühafizə orqanlarının kobud qanun pozuntularına adekvat reaksiya verməyə hazır olduğunu vurğulayıb. Xalq Partiyasının deputatı İqor Mosiyçuk hücumun məqsədinin M. Saakaşvilini parlamentin sessiya zalına gətirmək olduğunu bildirib.

 

LB.ua portalı isə Ali Rada yaxınlığında yerləşən “Ukrayna evi”ndə çoxlu sayda idmançı görkəmli insanların toplaşdığını yazıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • turkiyenin meshur agir atleti naim suleymanoglu defn edilib fotosessiya
    Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib ...
  • qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib
    Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb - YENİL...
qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285