Saakaşvilinin qardaşı Ukraynada daimi yaşayış hüququndan məhrum edilib

saakasvilinin qardasi ukraynada daimi yasayis huququndan mehrum edilib

Ukraynanın Odessa vilayətinin keçmiş qubernatoru Mixail Saakaşvilinin qardaşı Ukraynada daimi yaşayış hüququndan məhrum edilib.

 

APA-nın “lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə M. Saakaşvili özünün “Facebook” səhifəsində yazıb.

 

“Dünən xəbər tutdum ki, Ukrayna Təhlükəsizlik Xidmətinin məktubu əsasında qardaşım David Saakaşvilinin daimi yaşayış hüququ ləğv edilib və o, Ukraynanı tərk etməlidir. Çox alçaq bir hərəkətdir. Bizi dəstəkləyən iş adamlarının müəssisələrini bağlayırlar, amma oliqarxlara toxunmurlar. Bunu da adlayarıq. Bu bizim düzgün yolda olduğumuzun sübutudur”.

 

Qeyd edək ki, M. Saakaşvili 2015-ci ilin mayından 2016-ci ilin noyabrınadək Odessa rayon administrasiyasının başçısı olub. Vəzifəsindən gedən M. Saakaşvili bəyan edib ki, ölkədə korrupsionerlərin üstün olduğu bir vaxtda ayrıca bir regionda vəziyyəti dəyişmək çətindir. 2017-ci ilin fevralında M. Saakaşvilinin yaratdığı siyasi partiya qeydiyyatdan keçib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada dagliq erazide mese yanir
    Zaqatalada dağlıq ərazidə meşə yanır
  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
imislide iki avtomobil toqqusub imislide iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ