NATO baş katibi: “Heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb”

nato bas katibi hec bir nato uzvu turkiye qeder terror hucumuna meruz qalmayib

NATO baş katibi Yens Stoltenberq bir daha Türkiyənin Suriyanın Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə qarşı keçirdiyi “Zeytun budağı” əməliyyatına münasibət bildirib.

 

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Y. Stoltenberq Brüsseldəki NATO qərargahında keçirdiyi mətbuat konfransında Türkiyənin ötən həftə “Zeytun budağı” əməliyyatı ilə bağlı NATO-nu məlumatlandırdığını, özünün isə davamlı olaraq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə əlaqə saxladığını açıqlayıb.

 

Y. Stoltenberq Türkiyənin təhlükəsizliklə bağlı real problemlərinin olduğunu söyləyib: “Heç bir NATO üzvü Türkiyə qədər terror hücumuna məruz qalmayıb. Türkiyə bu təhlükəsizlik problemlərini aradan qaldırmaq haqqına sahibdir. Ancaq Türkiyə bu addımları müəyyən çərçivədə və ölçüdə atmalıdır”.  

 

Y. Stoltenberq Avropa İttifaqının müdafiə xərclərini artırmasını müsbət qarşıladığını vurğulayıb: "Ancaq Avropa İttifaqının səyləri NATO-ya alternativ deyil, NATO-nun tamamlayıcı formada olmalıdır. Avropa İttifaqında yaşayan insanların 90 faizi NATO torpaqlarında yaşayır".

 

Qeyd edək ki, sabah Brüsseldə NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

22:08 24 Fevral
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • boyuk britaniyada xocali soyqiriminin 26 ci ildonumu munasibeti ile anim merasimi kecirilib
    Böyük Britaniyada Xocalı soyqırımının 26-cı ildönümü münasib...
  • sirvan sakini gulle yarasi alib
    Şirvan sakini güllə yarası alıb
sirvan sakini gulle yarasi alib sirvan sakini gulle yarasi alib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Fevral, 2018

USD
1.7001
 
EUR
2.0914
 
RR
0.0301