Nazir Fatma Betül Kaya: “Niderland beynəlxalq qanunları pozur”

nazir fatma betul kaya niderland beynelxalq qanunlari pozur

Niderlandın “arzuolanmaz əcnəbi” elan etdiyi Türkiyənin ailə məsələləri və sosial siyasət naziri Fatma Betül Kaya bu cür addımı beynəlxalq qanunların pozuntusu adlandırıb.

 

 APA-nın xəbərinə görə, bu barədə nazir “Twitter” səhifəsində yazıb.

 

“Türkiyənin Rotterdamdakı konsulluğuna daxil olmağımın qarşısını almaqla Niderland beynəlxalq qanunları, konvensiyaları və insan haqlarını pozmuş olub.  

 

Almaniyada səfərdə olmuş Fatma Betül Kaya, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin enişinə icazəni ləğv etdikdən sonra Berlindən Niderlanda yerüstü nəqliyyat vasitəsi ilə səfər edəcəyini bəyan etmişdi.

 

Xəbər verildiyi kimi, Fatma Betül Kayanın avtomobili Türkiyənin Rotterdamdakı Baş Konsulluğuna yollanarkən Niderland polisi tərəfindən saxlanılıb. Nazirin səfərini işıqlandırmaq üçün Rotterdama səfər edən  “Anadolu” və TRT-nin jurnalistlərinə də Baş Konsulluq istiqamətində hərəkət etmək qadağan olunub.

 

Niderland hökuməti daha sonra nazir Fatma Betül Kayanı “arzuolunmaz əcnəbi” elan edib. Niderland hökuməti türkiyəli nazirin ölkədən çıxarılmasına qərar verib.  

 

Yerli KİV-lərin məlumatına görə, polis əməkdaşları nazir Fatma Betül Kayanı Hollandiya-Almaniya sərhədinədək müşayiət edəcəklər.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ