Polşa prezidenti Avropa İttifaqını ittiham edib

polsa prezidenti avropa ittifaqini ittiham edib

Polşa prezidenti Andjey Duda Avropa İttifaqının qurumlarını üzv ölkələrin ehtiyaclarına əhəmiyyət verməməkdə ittiham edib.

 

APA-nın “EuroNew”-a istinadən verdiyi məlumata görə, A. Duda bunu Varşavada Prezident Sarayında xarici ölkə səfirlərinin Yeni il münasibətilə qəbulunda deyib.

 

Polşa prezidenti buna misal olaraq “Brexit” və az əvvəl bir sıra Avropa ölkələrində keçirilən seçkiləri misal göstərib.

 

A. Duda Avropa İttifaqının ictimaiyyətdə məyusluq yaratdığını vurğulayıb: "Avropa İttifaqının institutları cəmiyyətdə inteqrasiya ilə bağlı yaranmış məyusluğa görə məsuliyyəti üzərinə götürməli, səhvlərini analiz etməlidir. Avropa İttifaqının institutlarının vəzifəsi ahəngdar Avropa siyasəti həyata keçirilməsini təmin etməkdir, Avropa xalqlarını bir-birinə qarşı qoymaq deyil".

 

Qeyd edək ki, son vaxtlar Polşa və Avropa İttifaqı arasında narazılıq yaranıb. Yanvarın 9-da Avropa Komissiyasının sədri Jan-Klod Yunker Polşa baş nazirinin müavini Mateuş Moravetski ilə görüşüb, Avropa İttifaqının Polşaya qarşı sanksiyalar tətbiq etməsinə yol verilməməsi ilə bağlı atılacaq addımları müzakirə edib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • cirkli pullarin yuyulmasina qarsi mubarize meqsedile banklar ucun tovsiyeler hazirlanacaq
    Çirkli pulların yuyulmasına qarşı mübarizə məqsədilə banklar...
  • polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi
    Polad Bülbüloğlu: “Heydər Əliyevin səfirlikdəki çıxışı 20 Ya...
polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi polad bulbuloglu heyder eliyevin sefirlikdeki cixisi 20 yanvara verilen ilk siyasi qiymet idi +2
MƏZƏNNƏ
FOREX
/ 19 Yanvar, 2018

USD
1.7001
 
EUR
2.0849
 
RR
0.0301