Tbilisidə partlayış təhlükəsi ilə əlaqədar hava limanı təxliyə edilib - YENİLƏNİB

tbiliside partlayis tehlukesi ile elaqedar hava limani texliye edilib yenilenib

Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğunun olması ilə bağlı zəngin yalan olduğu müəyyən olunub.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, axtarışlar zamanı hava limanında heç bir partlayıcı qurğu tapılmayıb.

 

Təxliyə olunmuş hava limanının əməkdaşları və sərnişinlər hava limanına buraxılıb.  

 

Gürcüstan DİN insidentlə əlaqədar məlumat yayıb. Məlumatda hava limanında partlayıcı qurğunun olması ilə bağlı xəbərin yalan olduğu bildirilir.

 

Tbilisi hava limanı artıq fəaliyyətini bərpa edib. 

 

***** 20.08

 

Gürcüstanın paytaxtı Tbilisi şəhərinin beynəlxalq hava limanı təxliyə edilib.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, buna səbəb hava limanında partlayıcı qurğunun olması ilə bağlı “112” nömrəsinə daxil olan zəngdir.

 

Daxili İşlər Nazirliyi hava limanına gedən avtomobil yollarını bağlayıb.

 

Məlumata görə, təxliyə ilə bağlı bir neçə reyslər təxirə salınıb.

 

Təxliyə olunmuş sərnişinlər hava limanına yaxın ərazidədir. Polis əməkdaşları hava limanında, uçuş zolaqları və terminallarda axtarış aparırlar. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin qeyri neft ixraci 1 2 mln dollari otub
    Azərbaycanın qeyri-neft ixracı 1,2 mln. dolları ötüb
  • goycayda reyd zamani 140 surucu cerimelenib
    Göyçayda reyd zamanı 140 sürücü cərimələnib
goycayda reyd zamani 140 surucu cerimelenib goycayda reyd zamani 140 surucu cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287