Türkiyə Yunanıstana xəbərdarlıq edib

turkiye yunanistana xeberdarliq edib

Türkiyə Yunanıstana Egey dənizindəki mübahisəli adalarla bağlı xəbərdarlıq edib.
 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu NATO baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında deyib ki, Egey dənizində Lozanna müqaviləsi ilə hansı ölkəyə aid olduğu müəyyənləşməyən kiçik adalar var.

 

“Bir müddət əvvəl Kardaq qayalıqları ilə bağlı bir gərginlik oldu, hücum qayıqlarımız toqquşdu. Dünən də bir adaya Yunanıstan bayrağı sancmışdılar, əsgərlərimiz gedib o bayrağı çıxartdılar. Sabah olsa, yenə çıxarılacaq. Belə gərginliyə ehtiyac yoxdur, silahlar işə düşə bilər. Yunanıstanda bir müdafiə naziri var, populizmi sevir. Biz dedik ki, gərginliyə yol açmayaq. Qarşı tərəf Egey dənizində gərginliyə yol açacaq addımlar atmamalıdır”, - deyə o vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
  • cambridge assesment english in numayendeleri hedef liseyinde olublar
    “Cambridge Assesment English”in nümayəndələri Hədəf liseyind...
cambridge assesment english in numayendeleri hedef liseyinde olublar cambridge assesment english in numayendeleri hedef liseyinde olublar +2
MƏZƏNNƏ
FOREX
/ 21 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279