Türkiyədə qəzaya uğrayan vertolyotda olan 12 nəfər şəhid olub - YENİLƏNİB-1

Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 1 hakim, 1 gizir, 3 heyət üzvü olmaqla, 12 nəfər şəhid olub.

 

APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə Tunceli valiliyindən açıqlama verilib.

 

Hadisə yerinə çətinliklə qalxan ilk axtarış-xilasetmə qrupu 12 nəfərin həlak olduğunu bildirib.

 

 

***

 

saat 15.10

 

Bu gün Türkiyənin Tunceli rayonunda qəzaya uğrayan vertolyotda 7 polis, 1 hakim, 1 gizir, 3 heyət üzvü olmaqla, 12 nəfər olub.

 

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, bu barədə Tunceli valiliyi məlumat yayıb.

 

Polisə məxsus "Sikorsky S-70 Blackhawk" tipli vertolyot yerli vaxtla saat 11.40 (Bakı vaxtı ilə saat 12.40) radələrində Pülümür qəsəbəsindən qalxıb, 10 dəqiqə sonra radarlardan itib.

 

Vertolyotun Muzur dağları bölgəsinə, 2500 metr yüksəklikdəki əraziyə düşdüyü ehtimal edilir.

 

Qəzaya dumanlı, yağışlı hava şəraitinin səbəb olduğu güman edilir.

 

 

***

 

saat 14.57

 

Türkiyədə polis vertolyotu qəzaya uğrayıb.

 

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, vertolyotda 8-i polis olmaqla, 14 nəfər olub.

 

Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada dagliq erazide mese yanir
    Zaqatalada dağlıq ərazidə meşə yanır
  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
imislide iki avtomobil toqqusub imislide iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ