Türkiyəli politoloq: “Rusiya bizim üçün Qərbin alternativi ola bilməz” - MÜSAHİBƏ

turkiyeli politoloq rusiya bizim ucun qerbin alternativi ola bilmez musahibe

İstanbuldakı Aydın Universitetinin beynəlxalq münasibətləri üzrə doktorantura müəllimi, professor Nadir Devletin APA-ya müsahibəsi

 

- Təxminən 20 gün əvvəl prezident Ərdoğan prezident Trampla səmimi görüş keçirdi, mətbuat konfransında Ərdoğan “Dostum Donald” deyəndən sonra Türkiyədə hamı iki ölkə arasındakı münasibətlərin yenidən normallaşdığını düşündü. Ancaq bir anda diplomatiya sahəsində böhran yarandı. Bunun gerçək səbəbi nədir?

 

- Prezident Ərdoğanın prezident Trampla görüşündən sonra Türkiyənin ABŞ-dan 11 milyard dollarlıq təyyarə alacağı bildirildi. Sırf o fakt münasibətlərin  yenidən normallaşa biləcəyinə işarə edirdi. Ancaq  iki müttəfiq ölkə arasındakı münasibətlərdə müəyyən müddətdən bəri anlaşılmazlıqlar var. Türkiyə ilə ABŞ-ın Suriyada həyata keçirdikləri siyasət bir-birinə uyğun gəlmir. Türkiyənin xəbərdarlıqlarına baxmayaraq, ABŞ, PYD/YPG terror təşkilatını dəstəkləməyə və açıq şəkildə onlara silah-sursat verməyə davam edir. Türkiyənin ehtiyacı olan silah və müdafiə sistemlərini NATO vermir, ona görə də Türkiyə Rusiyaya yönələrək C-400 kompleksi almaq barədə danışıqlar aparır. Xaricdən gələn təhdidlərə qarşı öz müdafiə sistemini müasirləşdirmək məqsədilə Türkiyə başqa ölkələrlə də - məsələn, Fransa və İngiltərə ilə də müzakirələr aparır. Hal-hazırda Türkiyənin də, ABŞ-ın da başında sərt danışmağı sevən liderlər var, onların ikisi də eyni anda sərt danışanda münasibətlər istər-istəməz gərilir. Bu gərginliyin sıravi vətəndaşlara böyük zərəri oldu, xəstəsini ABŞ-a aparmaq istəyən, övladlarını görmək üçün oraya getməyi arzu edən insanların viza almaları qeyri-mümkün oldu. Bundan sonrakı dönəmdə iki müttəfiq dövlətin idarəçilərinin diqqətli danışmaları lazımdır.

 

- Siyasi şərhçilər bundan sonra iki ölkə arasındakı yüksək təzyiqin aşağı salınması üçün ciddi diplomatik səylər lazım olacağını vurğulayırlar. Bununla bağlı sizin fikriniz nədir?

 

- Türkiyə Fətullahçı terror təşkilatının başçısını ABŞ-dan tələb edir, ancaq onu Türkiyəyə verməyə ABŞ istəkli yanaşmır. Bu vəziyyət iki müttəfiq ölkə arasındakı münasibətlərin hədsiz dərəcədə gərginləşməsini şərtləndirən ən əsas faktordur. Türkiyə vətəndaşı olan Rza Zərrabın, “Halkbank” baş direktoru müavininin ABŞ-da  həbs edilmələri, keçmiş nazir haqqında ABŞ-da həbs sanksiyası verilməsi  bir-birindən müstəqil hadisələr olmalarına baxmayaraq, Ankara bunların hamısına eyni pəncərədən baxaraq Vaşinqtonun bu işlərdə Türkiyəyə qarşı qeyri-səmimi davrandığını düşünür. Bu böhranın tezliklə aradan qaldırılacağını düşünmək üçün çox optimist olmaq lazımdır. Normallaşdırma mexanizminin nə vaxt işə salınacağını müəyyənləşdirə bilmək hələ ki çətindir.

 

- Ankara ilə Vaşinqton arasındakı münasibətlərin gərginləşməsinə paralel şəkildə Rusiyadan qorxunc açıqlamalar verilərək Qərbin Türkiyədə bir sıra gizli planlar həyata keçirməyə çalışdığı iddia edilir. Bu barədə nə demək istərdiniz?

 

- Rusiyadakı açıqlamaların bir qismi Türkiyə mətbuatında öz əksini tapsa da, əksəriyyətindən heç kim xəbərdar olmur. O iddiaları dəstəkləyənlər də var, qarşı çıxanlar da. Rusiya ilə Türkiyə Lenin dövründən başqa əsrlər boyu dəfələrlə savaşıblar. Hazırkı dönəmdə Rusiya Türkiyəyə dəstək versə də, ümumilikdə şimal qonşumuzun bizə axıra qədər güvənməsindən söhbət gedə bilməz. Siyasət imkanlardan istifadə etmə oyunudur, Türkiyə də oyunları öz imkanları daxilində oynamalıdır. İndiki dövrdə iqtisadi-hərbi  baxımdan Türkiyə Rusiyaya daha çox möhtacdır. Ankara sanki “Rusiya bizə möhtac imiş” atmosferi yaratmağa çalışır ki, məncə, bu, düzgün yanaşma deyil. Elə təbliğat aparılır ki, sanki ABŞ və Avropanın bizim üçün alternativi Rusiyadır. Məsələ qətiyyən o cür deyil. Biz NATO üzvü ölkəyik, problemlərimizi, istəklərimizi NATO çərçivəsində müzakirə edib, həll etməliyik. Tutaq ki, Rusiyadan silah və hava hücumundan müdafiə sistemləri aldıq, onları NATO sisteminə uyğun vəziyyətə necə gətirəcəyik? İndi Türkiyə iqtisadiyyatının vəziyyəti də yaxşı deyil, iqtisadiyyatımızı inkişaf etdirmək üçün özü sanksiyalar altında olan Rusiya bizə necə dəstək verə bilər? Ticarətdə Rusiya bizə Qərbin alternativi ola bilməz. Biz  Rusiyaya pomidor sataraq oradan aldığımız təbii qazın pulunu ödəyə bilmərik. Ticarətimizin ümumi dövriyyəsində biz Rusiyadan qazanclı çıxa bilmərik. Ona görə, Rusiya ilə münasibətlərimizdə tamamilə realist olmalıyıq.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ilin en yaxsi kisi futbolcusu melum olub
    İlin ən yaxşı kişi futbolçusu məlum olub
  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
bilesuvarda 0 5 ton pambiq yanib bilesuvarda 0 5 ton pambiq yanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295