Yanoş Herman: “Avropa İttifaqı qondarma Cənubi Osetiyada keçirilən seçkiləri tanımır”

yanos herman avropa ittifaqi qondarma cenubi osetiyada kecirilen seckileri tanimir

“Bir daha bəyan etmək istəyirəm ki, Avropa İttifaqı qondarma Cənubi Osetiyada keçirilən seçkiləri tanımır”.

 

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın XİN-də nazir müavini David Dondua ilə baş tutan görüşdən sonra Aİ-nın Gürcüstandakı səfiri Yanoş Herman bildirib.

 

O, Aİ-nın Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını bildirib: “Biz XİN-nin müavini David Dondua ilə  bu sahədə əməkdaşlıq haqqında danışdıq".

 

Diplomat açıqlamasında Aİ-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Zalberin Cənubi Osetiyaya nə üçün səfər edib sualını da cavablandırıb: “Mən Aİ-nın mövqeyini bildirdim. Herbert Zalberin Cənubi Osetiyaya xüsusi səfəri ilə bağlı onun özü şərh verə bilər,” Y. Herman qeyd edib.

 

Xatırladaq ki, dünən H. Zalber işğal altında olan Cənubi Osetiyaya səfəri zamanı apreldə keçirilən qondarma  prezident seçkilərində qələbə qazanan Anatoli Bibilovu təbrik edib.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goycayda 62 yasli kisi ozunu su kanalina ataraq intihar edib
    Göyçayda 62 yaşlı kişi özünü su kanalına ataraq intihar edib...
  • iranin azerbaycandaki sefiri apa holdinq de olub
    İranın Azərbaycandakı səfiri “APA Holdinq”də olub
iranin azerbaycandaki sefiri apa holdinq de olub iranin azerbaycandaki sefiri apa holdinq de olub +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0209
 
RR
0.0292
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ