Gürcüstan səfirliyi Batumidə baş verənlərlə bağlı bəyanat yayıb

gurcustan sefirliyi batumide bas verenlerle bagli beyanat yayib

"Batumidə vandalizm aktı törədənlər cəzasını mütləq alacaq".

 

APA-nın məlumata görə, bu barədə Gürcüstanın Azərbaycandakı səfriliyinin ixtişaşlarla bağlı yaydığı bəyanatda deyilir.

Bildirilir ki, ölkə prezidenti Georgiy Marqvelaşvili zorakılığı pisləyib və dövlət institutlarına hörmət edilməsinin vacibliyini vurğulayıb.

 

Qeyd olunub ki, Batumidə vandalizm aktlarını törədənlərə cavab olaraq hüquq-mühafizə orqanları və Daxili İşlər Nazirliyi legitim və proporsional güc tətbiq edib. Zorakılığa yol verənləri həbs etmək və xəsarət alanlara dərhal kömək etməklə polis sabitliyin bərpa olunasına müvəffəq olub.   

Həmçinin bildirilir ki, zorakı etirazlar müxalifət partiyaları tərəfindən dəstəklənib və Gürcüstanın digər bölgələrində etiraz aksiyaları təşkil edilib. Bundan başqa, etirazçıların könüllü şəkildə dağılması ilə bağlı bir neçə müraciət ünvanlandığı və bunun edilməyəcəyi təqdirdə qanun çərçivəsində gücdən istifadə ediləcəyi nəzərə çatdırılıb. Batumidə sülh və qayda-qanunun bərpa olunması üçün hökümət effektiv addımlar atıb: 

“Bu hadisələri törədən şəxslər cəzasını mütləq alacaq. Onların zorakı hərəkətləri dözülməzdir.Bu şəxslər bilməlidir ki, onlar təqib ediləcək və müvafiq qurumlara təhvil verilcəklər. Batumidəki həbslər bunu nümayiş etdirdi".

 

Xatırladaq ki, Batumi şəhərində etiraz aksiyası zamanı baş verən qarşıdurma nəticəsində ən azı 30 nəfər xəsarət alıb.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ