Kreml Putin-Tramp görüşünün baş tutmayacağı barədə Ağ Evin bəyanatını şərh edib

kreml putin tramp gorusunun bas tutmayacagi barede ag evin beyanatini serh edib

"Protokol xidmətləri Vladimir Putin və Donald Trampın Asiya-Sakit Okean ölkələri Əməkdaşlıq Təşkilatının sammitində görüşünün mümkünlüyünü müzakirə etməyi davam etdirirlər".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. "Amerikalı həmkarlarımızdan ziddiyyətli informasiyalar daxil olur", - deyə o, Ağ Evin Vyetnamda Putin-Tramp rəsmi görüşünün mümkün olmaması ilə bağlı bəyanatını şərh edərkən söyləyib.    
 
D. Peskov istənilən halda sammit kuluarlarında bu görüşün baş tutacağını vurğulayıb: "Liderlərin danışıqları vacibdir, lakin bu, əsas deyil".
 
Qeyd edək ki, bu gün Ağ Evin sözçüsü Sara Sanders Rusiya və ABŞ prezidentləri arasında görüşün Trampın iş qrafikinin gərgin olması səbəbindən mümkün olmayacağını bəyan edib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanin qeyri neft ixraci 1 2 mln dollari otub
    Azərbaycanın qeyri-neft ixracı 1,2 mln. dolları ötüb
  • goycayda reyd zamani 140 surucu cerimelenib
    Göyçayda reyd zamanı 140 sürücü cərimələnib
goycayda reyd zamani 140 surucu cerimelenib goycayda reyd zamani 140 surucu cerimelenib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9941
 
RR
0.0287