Lavrov: “Ermənistanla Türkiyə danışıqlara başlayanda, Rusiya kömək etməyə hazırdır”

lavrov ermenistanla turkiye danisiqlara baslayanda rusiya komek etmeye hazirdir

"Rusiya Ermənistan-Türkiyə sərhədinin açılmasını yalnız alqışlaya bilər". 

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Ermənistanın “Regional Post – Caucasus” jurnalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. 
 

"Əlbəttə ki, biz Avrasiya İqtisadi Birliyinin sərhədinin Ermənistan-Türkiyə hissəsinin insanların, malların və xidmətlərin azad hərəkəti üçün açılmasını alqışlayarıq. Bu şübhəsiz ki, ümumilikdə regionun xeyrinə olacaq”, - deyə o vurğulayıb.

 

Nazir qeyd edib ki, Moskva Ermənistan-Türkiyə danışıqlarına yardım etməyə hazırdır: “Rusiya Ermənistan-Türkiyə münasibətlərinin bərpasına 2007-2009-cu illərdə aktiv mərhələdə vacib rol oynayıb. Sonra bu normallaşma prosesi dayandı. Lakin tərəflərin razılığa gəlmək, ciddi və məsuliyyətli qərar qəbul etmək bacarığı nümayiş etdirmələri vacibdir. Əminik ki, Ermənistan və Türkiyə mövcud problemləri həll etməyə qadirdir. Bununla yanaşı çox şey onların özlərindən asılıdır. Belə ki, siyasətçilərin keyfiyyəti təkcə onların obyektiv çətinlikləri real analiz etmələri ilə deyil, həm də optimist olmaları və öz vətəndaşlarının istəklərini reallaşdırmaq qabiliyyəti ilə müəyyən olunur. İrəvan və Ankara danışıqlar masasına əyləşən zaman Rusiya onlara ən aktiv yardımı etməyə hazır olacaq". 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ