Moskvada Qələbə paradı keçirilib

Faşizm üzərində qələbənin 72-ci ildönümü münasibətilə Moskvanın Qızıl Meydanında  Qələbə Paradı keçirilib. 

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, paradda Rusiya prezidenti Vladimir Putin, Moldova prezidenti İqor Dodon, Rusiyanın dövlət və hökumət rəsmiləri iştirak ediblər.

 

10 min hərbçi, 114 döyüş texnikası, 72 hərbi təyyarə və helikopterin iştirak etdiyi paradı Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu qəbul edib. Müdafiə nazirinin prezidentə bütün növ qoşunların parada hazır olduğu barədə məruzəsindən sonra hərbi parad başlayıb.

 

Öncə hərbi məktəblərin kursantları, Hava və Quru Qoşunlarının, Dəniz Qüvvələrinin, Daxili Qoşunların əsgər və zabitləri tribuna qarşısından keçib. Sonra Müdafiə Nazirliyinin Hərbi Universiteti və digər ali hərbi məktəblərin məzunları olan qadın hərbi qulluqçular nizami keçid edib.

 

Sonra hərbi texnikanın keçidi olub.

 

Paradın sonunda hərbi aviasiyanın uçuşları nəzərdə tutulsa da, hava şəraiti ilə əlaqədar hərbi keçidin bu hissəsi təxirə salınıb.

 

Parad bitəndən sonra V. Putin və İ. Dodon İkinci Dünya müharibəsinin iştirakçısı olmuş veteranlarla görüşüb, Naməlum Əsgərin məzarı önünə əklil qoyublar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

00:07 21 Sentyabr
18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida kecirilecek finalin deqiq tarixi melum olub yenilenib
    Bakıda keçiriləcək finalın dəqiq tarixi məlum olub - YENİLƏN...
  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ