“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub

normand dordluyu liderleri arasinda telefon danisigi olub

“Normand dördlüyü” liderləri arasında telefon danışığı olub.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə,  Rusiya prezidenti Vladimir Putin, Almaniya kansleri Angela Merkel, Fransa dövlət başçısı Fransua Olland və Ukrayna prezidenti Pyotr Poroşenko Minsk razılaşmalarının yerinə yetirilməsini müzakirə ediblər. 

 

Söhbət zamanı həmçinin Donbasda atəşkəs rejiminə əməl edilməsinin vacibliyi vurğulanıb. Ölkə liderləri ilk öncə təhlükəsizlik və siyasi məsələlər sahələrində Minsk razılaşmalarının tam yerinə yetirilməsinin vacibliyini təsdiqləyiblər.

 

Qeyd edək ki, “Normand dördlüyü” formatında danışıqlara 2014-cü ildə başlanılıb. Fransa, Almaniya, Rusiya və Ukrayna liderləri İkinci Dünya Müharibəsi zamanı müttəfiq qoşunlarının Normandiyaya çıxarılması əməliyyatının 70-ci ildönümünə həsr olunmuş tədbirdə ilk dəfə bir araya gələrək Donbasdakı böhranı müzakirə ediblər. 17 saat davam edən ikinci görüş 2015-ci ilin fevralında Minskdə, həmin ilin oktyabrında baş tutan üçüncü görüş isə Parisdə keçirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada dagliq erazide mese yanir
    Zaqatalada dağlıq ərazidə meşə yanır
  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
imislide iki avtomobil toqqusub imislide iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ