Putin və Ərdoğan arasında telefon danışığı olub - YENİLƏNİB

putin ve erdogan arasinda telefon danisigi olub yenilenib

Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında   telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin məlumatında bildirilir.

 

Məlumatda bildirilir ki, prezidentlər telefon danışığı zamanı Suriyadakə vəziyyəti müzakirə ediblər. 

 

“Suriyadakı vəziyyətin inkişafı müzakirə edilib. Tərəflər atəşkəs rejiminin möhkəmləndirilməsi məqsədi ilə birgə işi, habelə, Astana və Cenevrə formatlarında keçirilən Suriyaya dair danışıqlar prosesinə dəstəyi davam etdirmək niyyətində olduqlarını bildiriblər”, - deyə məlumatda bildirilir.

 

Putin və Ərdoğan Suriyanın Xan Şeyxun şəhərində aprelin 4-də kimyəvi silahdan istifadə ilə bağlı insidentin tezliklə beynəlxalq səviyyədə obyektiv və hərtərəfli araşdırılmasının vacibliyini qeyd ediblər.    

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • zaqatalada dagliq erazide mese yanir
    Zaqatalada dağlıq ərazidə meşə yanır
  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
imislide iki avtomobil toqqusub imislide iki avtomobil toqqusub +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ