Rusiya Azərbaycana Dağıstanda turizmin inkişafı üçün saziş təklif edəcək

rusiya azerbaycana dagistanda turizmin inkisafi ucun sazis teklif edecek

Rusiya Şimali Qafqazda turizmin inkişafı üçün Azərbaycanın dəstəyinə ümid edir.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Rusiyanın Şimali Qafqaz məsələləri üzrə nazirinin məsləhətçisi Stanislav Aristov bildirib.

 

Moskvada XII Beynəlxalq Turizm Sərgisi çərçivəsində çıxış edən S. Aristov deyib ki, Rusiyanın regionlarına turist marşrutlarının inkişafı üçün “İpək yolu”nun dəstəklənməsinə dair tədbirlər planının həyata keçirilməsi vacibdir. Nazir məsləhətçisi qeyd edib ki, Şimali Qafqazda “İpək yolu” marşrut keçən il təqdim edilib: “Bu gün Şimali Qafqazda bütün regionları əhatə edən 7 günlük avtobus turu təşkil edilir. “İpək yolu” marşrutunda turistlərə xidmətin keyfiyyətinin yüksəldilməsi üçün ilk öncə əlavə infrastruktur yaradılması lazımdır.  Bu problemlərdən biri  bu il ərzində həllini tapacaq, regionlarda brend turist informasiya mərkəzləri yaradılacaq. İkinci problem nəqliyyat elementi ilə bağlıdır. Bakı həftə ərzində iki Pekin-Bakı aviareysinə malikdir. Ancaq həm Azərbaycan vətəndaşlarının, həm də Rusiya vətəndaşlarının avtomobilə sərhədi keçməsi çox çətindir. Mən hələ üçüncü ölkə vətəndaşlarından danışmıram. Buna görə də biz bu il Azərbaycan tərəfinin dəstəyi ilə turizmin inkişafı ilə əlaqədar hökumətlərarası sazişin imzalanacağına ümid edirik. Şimali Qafqazın qapısı kimi Dağıstanın aktiv iştirakı ilə bu il heç olmasa Bakıdan Dağıstana – Dərbənd və Mahaçqalaya bir turist marşrutunun açılması layihəsinin həyata keçirilməsini istəyirik”. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ