Rusiya Dövlət Duması əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanun qəbul edib

rusiya dovlet dumasi ecnebi medianin xarici agent kimi taninmasina icaze veren qanun qebul edib

Rusiya Dövlət Duması əcnəbi medianın "xarici agent" kimi tanınmasına icazə verən qanuna düzəlişləri qəbul edib.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Dövlət Dumasının keçirilən iclasında qanuna düzəlişlər ikinci oxunuşda qəbul olunub.

 

Qanun layihəsinin lehinə 411 deputat səs verib.
 

Yeni qanun layihəsinə görə, xaricdən maliyyələşən əcnəbi KİV Rusiyada "xarici agent" kimi tanına bilər. Düzəlişlər Rusiyada qadağan olunmuş saytların məhkəmə qərarı olmadan bloklanmasına dair qanun layihəsinə də şamil olunacaq. 
 

Qanun layihəsinin müəllifləri Dumanın spikeri Vyaçeslav Volodin, Dumanın dörd fraksiyasının liderləri və parlamentin bir sıra komitə sədrləridir. Qanun layihəsində konkret nəşrlərdən və ya telekanallardan söhbət getmir. Əcnəbi KİV-in "xarici agent" kimi tanınması haqqında qərarı Rusiya Ədliyyə Nazirliyi qəbul edəcək. 
 

Dumanın vitse-spikeri Pyotr Tolstoy səsvermədən öncə bu düzəlişlərin ABŞ-ın "Rossia Today" kanalının "xarici agent" kimi qeydiyyata alınması tələbinə cavab tədbiri olduğunu xatırladıb. Onun fikrincə, yeni qanun layihəsi söz azadlığına heç bir təsir göstərməyəcək. 
 

Qanun layihəsinə Rusiya Federasiya Şurasında baxılacaq. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • socide rusiya turkiye ve iran prezidentlerinin gorusu baslayib
    Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin görüşü başla...
  • vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib
    Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunmuş elmi-p...
vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib vasim memmedeliyevin 75 illik yubileyine hesr olunmus elmi praktik konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Noyabr, 2017

USD
1.7002
 
EUR
1.9963
 
RR
0.0287