Rusiya hərbi qüvvələrinin bir hissəsini Suriyadan çıxarır - YENİLƏNİB

rusiya herbi quvvelerinin bir hissesini suriyadan cixarir yenilenib

Rusiya Suriyadakı hərbi qüvvələrinin bir hissəsini çıxarır.

 

APA-nın RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov bildirib ki, bu barədə prezident, Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putin qərar qəbul edib.

 

"Ali Baş Komandanın qərarı ilə Rusiya Müdafiə Nazirliyi Suriyadakı Silahlı Qüvvələrin qruplaşmalarının sayını azaltmağa başlayır", - deyə o bildirib.

 

V.  Gerasimovun sözlərinə görə, Suriyanı ilk olaraq  “Admiral Kuznetsov” aviadaşıyıcısı, “Pyotr Velikiy” kreyseri və onları müşayiət edən gəmilər tərk edəcək.

 

O bildirib ki, aviadaşıyıcı qrup qarşısında qoyulan vəzifələri, o cümlədən Hava Hücumundan Müdafiə Qüvvələri ilə birlikdə Suriyada vahid Hava Hücumundan Müdafiə sisteminin yaradılması vəzifəsini uğurla yerinə yetirib.

 

V. Gerasimov xatırladıb ki, 30 dekabr 2016-cı il Moskva vaxtı ilə saat 00.00-dan Suriyanın bütün ərazisində atəşkəs elan edilib. Lakin bu atəşkəs beynəlxalq terror qruplaşmalarının məhvinə yönəlmiş əməliyyatlara aid deyil.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:30 20 Sentyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • mudafie nazirliyinde pakistan herbi hava quvvelerinin numayende heyeti ile gorus kecirilib
    Müdafiə Nazirliyində Pakistan Hərbi Hava Qüvvələrinin nümayə...
  • sumqayitda zavod erazisinde yangin olub
    Sumqayıtda zavod ərazisində yanğın olub
sumqayitda zavod erazisinde yangin olub sumqayitda zavod erazisinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 20 Sentyabr, 2017

USD
1.7007
 
EUR
2.0421
 
RR
0.0293
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ