Rusiya Müdafiə nazirliyi Pentaqonun İŞİD-lə bağlı bəyanatına münasibət bildirib

rusiya mudafie nazirliyi pentaqonun isid le bagli beyanatina munasibet bildirib

Rusiya Müdafiə nazirliyi Suriyada İŞİD-in məğlubiyyətinə şübhə ilə yanaşan Pentaqon nümayəndəsinin bəyanatına cavab verib.

 

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə nazirliyin sözçüsü, general-mayor İqor Konaşenkov bildirib.

 

“Pentaqon nümayəndəsinə xatırlatmaq istərdik ki, İŞİD qruplaşmasının yaranması, İraq ərazisinə ekspansiyası və Suriya ərazisinə keçməsi faktiki olaraq Pentaqonun fəaliyyətsizliyi nəticəsində baş tutub. Suriyada vəziyyəti sabitləşdirmək və İŞİD qruplaşmasını tam zərərsizləşdirmək Rusiyanın 2015-ci il, sentyabrın 30-dan etibarən həyata keçirdiyi hərbi əməliyyat sayəsində mümkün olub. Əgər söhbət İŞİD-in məğlub olunmadığından gedirsə, bu ABŞ-ın İraqda birbaşa məsuliyyət daşıdığı zonaya aiddir. Hansısa səbəblərdən illərlə başqasının gözündə tük axtaran ABŞ öz gözündə tiri görmür. Pentaqon nümayəndəsinin açıqlaması ABŞ hərbçilərinin qeyri-qanuni olaraq Suriyadan çıxmaması üçün bəhanədir”, bəyanatda vurğulanıb.

 

Qeyd edək ki, ötən gün Rusiya Silahlı Qüvvələri Baş Qərargahı Suriya ərazisinin İŞİD terror qruplaşması silahlılarından tam azad edildiyini bəyan edib. Bundan sonra  Pentaqon nümayəndəsi Erik Pehon adıçəkilən bəyanatı şübhə altına alıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • bakida ressam leyla sahbazovanin ferdi sergisi acilib
    Bakıda rəssam Leyla Şahbazovanın fərdi sərgisi açılıb...
  • bineqedide avtomobil temiri sexinde yangin olub
    Binəqədidə avtomobil təmiri sexində yanğın olub
bineqedide avtomobil temiri sexinde yangin olub bineqedide avtomobil temiri sexinde yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 16 Dekabr, 2017

USD
1.7001
 
EUR
2.0032
 
RR
0.0289