Rusiya və NATO generalları uzun fasilədən sonra danışıq aparıblar

rusiya ve nato generallari uzun fasileden sonra danisiq apariblar

Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri Pyotr Pavel arasında telefon danışığı olub.

 

Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, NATO-nun təşəbbüsü ilə baş tutan telefon əlaqəsi tərəflər arasında münasibətlərin dondurulmasından sonra ilk dəfədir.

 

“Bu, NATO Şurasının Rusiya ilə əlaqələri dondurması qərarından sonra yüksək səviyyədə hərbi xətlə ilk təmasdır. Tərəflər təhlükəsizliyin təmin olunması problemlərini, hərbi xətlə qarşılıqlı fəaliyyətin bərpa olunması perspektivlərini, insidentlərin qarşısının alınmasını və beynəlxalq tədbirlərdə alyans nümayəndələrinin iştirakını müzakirə ediblər. Rusiya ordusunun Baş Qərargah rəisi Moskvanın Şimali Atlantika İttifaqının ölkə sərhədləri yaxınlığında hərbi fəallığının gücləndirilməsi ilə bağlı narahatlığını NATO nümayəndəsinin diqqətinə çatdırıb”, - deyə Rusiya MN-in məlumatında bildirilir.  
 

Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etməsindən sonra 2014-cü ildə NATO Şurası Rusiya ilə əməkdaşlığın dayandırılması haqqında qərar çıxarıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

18:12 18 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda kecmis telekanal rehberinin oglu cayda batib
    Azərbaycanda keçmiş telekanal rəhbərinin oğlu çayda batıb...
  • deputat novruz aslanov secicileri qebul edib
    Deputat Novruz Aslanov seçiciləri qəbul edib
deputat novruz aslanov secicileri qebul edib deputat novruz aslanov secicileri qebul edib +2
MƏZƏNNƏ
FOREX
/ 18 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ