Rusiyada 10-dan çox iş adamının qətlində FTX əməkdaşlarının adı hallanır

rusiyada 10 dan cox is adaminin qetlinde ftx emekdaslarinin adi hallanir

Rusiya İstintaq Komitəsi yerli sahibkarların ölümündə təqsirli bilinən Federal Təhlükəsizlik Xidmətinin (FTX) Tümen vilayəti üzrə idarəsinin keçmiş əməkdaşları ilə bağlı məsələni araşdırır.

 

APA-nın məlumatına görə, bu barədə “Kommersant” qəzeti xəbər yayıb.

 

Hazırda  idarənin operativ tədbirlər şöbəsinin əməkdaşı Aleksey Korotkov və əməliyyatçı heyətin sambo üzrə məşqçisi Aleksandr Kobılin istintaqa cəlb olunub. Cinayətlərin digər iştirakçıları - snayper Sergey Qilev yerli istintaq təcridxanasında intihar edib, daha bir polis əməkdaşı isə axtarışdadır.

 

Qəzet yazır ki, onların adı 2008-2016-cı illərdə törədilmiş 10-dan çox sahibkarın ölümündə hallanır. Xüsusi xidmət orqanı əməkdaşları qanunsuz pul əməliyyatları aparan biznesmenlər üzərində nəzarət həyata keçirməyə və onlarla əlbir olmağa çalışıblar. Bu nəzarətdən imtina edənləri isə öldürüblər. İş adamları ilə yanaşı, 1 Tacikistan vətəndaşı və 2 taksi sürücüsü də qətlə yetirilib.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • ilin en yaxsi kisi futbolcusu melum olub
    İlin ən yaxşı kişi futbolçusu məlum olub
  • bilesuvarda 0 5 ton pambiq yanib
    Biləsuvarda 0,5 ton pambıq yanıb
bilesuvarda 0 5 ton pambiq yanib bilesuvarda 0 5 ton pambiq yanib +2
MƏZƏNNƏ
FOREX
/ 24 Oktyabr, 2017

USD
1.7001
 
EUR
2.001
 
RR
0.0295