Rusiyanın Ermənistandakı hərbi aviasiyası gecə təlimləri keçirib - YENİLƏNİB

rusiyanin ermenistandaki herbi aviasiyasi gece telimleri kecirib yenilenib

Rusiya Cənub Hərbi Dairəsinin (CHD) aviasiyası Ermənistandakı “Erebuni” hərbi bazasında gecə uçuşları keçirib. Gecə təlimlərində hücum və nəqliyyat helikopterləri iştirak edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə CHD mətbuat xidmətinin rəisi polkovnik Vadim Astafyev bildirib. 

 

“Rusiya Cənub Hərbi Dairəsinin Ermənistandakı “Erebuni” aviabazasının tərkibindəki “Mi-24” hücum və “Mi-8MTŞ” nəqliyyat helikopterlərinin heyətləri  gecə saatlarında təlim uçuşları həyata keçiriblər. Taktiki uçuş təlimi zamanı motoatıcı birləşmələrin havadan dəstəklənməsi üzrə tapşırıqlar və elementlər işlənilib”, - deyə Astafyev bildirib.  

 

O əlavə edib ki, təlimlər çərçivəsində heyətlər attestasiyadan keçəcək. Astafyevin sözlərinə görə, hərbçilər şərti düşmənin havadakı obyektlərinin, qurudakı hərəkətli və hərəkətsiz hədəflərinin, zirehli texnikalarının, alçaqdan uçan təyyarələrinin və pilotsuz uçan aparatlarının  aşkarlanması, müəyyənləşdirilməsi və məhv etdirilməsi üzrə 50-dən çox normativ verməlidirlər.

 

“Təlimlərdə uçuş və texniki-mühəndis heyətlərinin 100-dək hərbçisi, 50-dək xüsusi hərbi və aviasiya texnikası iştirak edir” - deyə Astafyev bildirib. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imislide iki avtomobil toqqusub
    İmişlidə iki avtomobil toqquşub
  • azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya
    Azərbaycanda “Klassik Yoqa Məktəbi” açılıb - FOTOSESSİYA...
azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya azerbaycanda klassik yoqa mektebi acilib fotosessiya +2
MƏZƏNNƏ
FOREX
/ 24 Sentyabr, 2017

USD
1.7008
 
EUR
2.0342
 
RR
0.0294
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ