Saakaşvili Kiyevə gedəcəyi tarixi açıqlayıb

saakasvili kiyeve gedeceyi tarixi aciqlayib

Gürcüstanın sabiq prezidenti və Ukraynanın Odessa vilayətinin sabiq qubernatoru Mixeil Saakaşvili sentyabrın 19-da Kiyevə gedəcəyini bəyan edib.

 

APA-nın “ukranews.com”-a istinadən verdiyi xəbərə görə, bu barədə M.Saakaşvili Çernovtsı şəhərində çıxış edərkən bildirib.

 

“Mən daha bir neçə şəhərə səfər edəcəm. Sentyabrın 19-da Kiyevdə olmaq niyyətindəyəm. Həmin gün həm də  Kiyevin qoruyucusu Arxangel Mixailin günüdür. Kiyev təcili xilas edilməlidir”, deyə M.Saakaşvili vurğulayıb.

 

Qeyd edək ki, bazar günü Mixeil Saakaşvilinin Polşa-Ukrayna sərhədini keçərək Lvov şəhərinə gəlib. M. Saakaşvili ABŞ-da olarkən Ukrayna prezidenti Petr Poroşenko M. Saakaşvilini Ukrayna vətəndaşlığından məhrum edib. Bu qərar M. Saakaşvilinin Ukrayna vətəndaşlığı alarkən qeyri-dəqiq məlumatlar təqdim edilməsi ilə əsaslandırılmağa çalışılıb. Daha sonra ABŞ-dan Polşaya qayıdan M. Saakaşvili sentyabrın 10-da Ukraynaya dönmək niyyətində olduğunu açıqlayıb. Sentyabrın 10-da M.Saakaşvili barəsində Ukrayna Cinayət Məcəlləsinin 332-ci (Ukrayna Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddəsi ilə cinayət işi açılıb. 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

03:43 19 Noyabr
10:10 18 Noyabr
07:54 18 Noyabr
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qaxda cetin kecilen dagliq erazide yangin sondurulub yenilenib
    Qaxda çətin keçilən dağlıq ərazidə yanğın söndürülüb - YENİL...
  • rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq
    Rusiyaya “Made in Azerbaijan” brendi ilə məhsullar ixrac olu...
rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq rusiyaya made in azerbaijan brendi ile mehsullar ixrac olunacaq +2
MƏZƏNNƏ
FOREX
/ 19 Noyabr, 2017

USD
1.7002
 
EUR
2.007
 
RR
0.0285