Poroşenko Roman Nəsirov barədə cinayət işinin məzmunundan xəbərsizdir

porosenko roman nesirov barede cinayet isinin mezmunundan xebersizdir

Ukrayna prezidenti Petro Poroşenko vəzifəsindən kənarlaşdırılaraq həbs edilən Ukrayna Dövlət Fiskal Xidmətinin rəhbəri, Azərbayan əsilli Roman Nəsirov barədə cinayət işinin məzmunundan xəbərsiz olduğunu və bu barədə heç bir sərh verə bilməyəcəyini bəyan edib.

 

APA-nın “interfax”-a istinadən verdiyi məlumata görə, bu barədə Petr Poroşenko yerli telekanallara verdiyi müsahibəsində deyib.

 

“Mən xoşbəxtəm ki, işin məzmununu bilmirəm və onu şərh edə bilmərəm. Mən arzulayıram ki, Ukraynanın hər bir prezidentinin istintaqın gedişi barədə nə məlumat almaq imkanı, nə də istəyi olsun”, - deyə o bildirib

 

Prezident qeyd edib ki, ölkədə korrupsiyaya qarşı fəaliyyət göstərən Milli Antikorrupsiya Bürosu kimi müstəqil strukturun yaradılmasında iştirak etdiyi üçün fərəh hissi keçirir.

 

P. Poroşenko deyib ki, korrupsiyaya qarşı orqanlar müstəqil fəaliyyət göstərdiyi üçün R. Nəsirovun gələcək aqibəti barədə heç nə deyə və cinayət işini şərh edə bilməz.

 

Qeyd edək ki, Ukrayna Dövlət Fiskal Xidmətinin (DFX) sabiq azərbaycanlı rəhbəri Roman Nəsirov 73 milyon dollar məbləğində dövlət vəsaitini mənimsəməkdə şübhəli bilinir. O, ölkədən qaçmış Ali Radanın deputatı Aleksandr Onişenkonun cinayət işi üzrə saxlanılıb. Bir müddət əvvəl A. Onişenko barəsində “Külli miqdarda dövlət əmlakının talanması” maddəsi üzrə cinayət işi başlanılıb. İstintaq materiallarına əsasən, 2013-cü ilin yanvarından 2016-cı ilin yanvarınadək “Ukrqazdobıça” şirkəti də daxil olmaqla, bir neçə müəssisənin rəsmiləri Onişenkonun köməyi ilə ölkə daxilində hasil olunan qazı aşağı qiymətlə satmaq yolu ilə dövlət vəsaitlərini mənimsəyiblər. Nəticədə dövlətə 120,5 mln. dollar ziyan dəyib.

 

Kiyevin Solomensk məhkəməsi martın 7-də Roman Nəsirov barəsində iki ay müddətinə həbs-qətimkan tədbiri seçib. Kiyev şəhər Apellyasiya Məhkəməsi isə həbs qərarını qüvvədə saxlayıb. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

10:12 19 Avqust
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • prezident ilham eliyev semkir aqroparki nin logistika merkezini ise salib
    Prezident İlham Əliyev “Şəmkir Aqroparkı”nın Logistika Mərkə...
  • erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib
    Ərdoğan PYD/YPG-yə yardım edən ABŞ və Avropaya sonuncu dəfə ...
erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib erdogan pyd ypg ye yardim eden abs ve avropaya sonuncu defe xeberdarliq etdiyini beyan edib +2
MƏZƏNNƏ
FOREX
/ 20 Avqust, 2017

USD
1.7008
 
EUR
1.9963
 
RR
0.0287
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ