Ziyafət Əsgərov: "Rusiyada prezident seçkiləri şəffaf keçirilir"

"Prezident seçkiləri şəffaf və Rusiya Konstitusiyasına uyğun keçirilir".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycan Milli Məclisinin birinci vitse-spikeri, MDB Parlamentlərarası Assambleyasının Müşahidə missiyasının koordinatoru Ziyafət Əsgərov bildirib.

 

Moskvanın 3 saylı seçki məntəqəsində müşahidə aparan azərbaycanlı parlamentari seçki prosesinin Rusiya Federasiyasının Konstitusiyasına və seçki qanunvericiliyinə uyğun aparıldığını qeyd edib: "Səhər saat 8-də seçki məntəqəsində səsvermə başlayıb. Müşahidəçilərin gözü önündə seçki qutuları açıldı, yoxlanıldı. Səsvermə prosesinə start verildi. Seçki prosesi yüksək səviyyədə təşkil olunub".

 

Z. Əsgərov bu günün Rusiya xalqı üçün əlamətdar gün olduğunu söyləyib: "Rusiya xalqı bu gün öz prezidentini seçir. Əlbəttə, biz, bütün MDB ölkələri bu prezidentlə əməkdaşlıq edəcəyik. Biz bu gün Moskvada, həmkarlarımız isə Sankt-Peterburq və Tver vilayətində seçki prosesini müşahidə edirlər. Tək Moskvada 8 milyon seçici var. Biz bir neçə seçki məntəqəsində müşahidə aparacağıq. MDB ölkələrindən olan digər həmkarlarımız Rusiyanın müxtəlif regionlarına müşahidə aparırlar. Onların verdiyi məlumata görə, Rusiyanın region və subyektlərində seçki prosesi sakit keçir. Sabah səsvermənin başa çatması ilə əlaqədar bizim birgə hesabatımız olacaq. Əminəm ki, bu hesabatda müsbət nəticələr olacaq".

 

Milli Məclisin MDB Parlamentlərarası Assambleyasındakı səlahiyyətli nümayəndəsi, MDB PA-nın baş katibinin müavini Aydın Cəfərov Rusiya seçki qanunvericiliyində olan müsbət dəyişikliklərdən danışıb: "Bu dəfə ki seçkilərdə bir çox yeniliklər tətbiq olunub. Seçicilər təkcə yaşayış qeydiyyatında olduğu yerdə deyil, bu və ya digər səbəblərdən olduğu yerlərdə də səsvermədə iştirak edə bilərlər. Bu, yaxşı yenilikdir, seçicilər üçün seçki prosesini asanlaşdırır".

 

Milli Məclisin əmək və sosial siyasət komitəsinin sədri müavini Rauf Əliyev seçki prosesinin şəffaf və seçki qanunvericiliyinə uyğun keçirildiyini bildirib: "Müşahidə apardığımız məntəqə Moskvanın mərkəzində yerləşir. Artıq səhər saatlarından seçicilərin aktivliyi müşahidə olunur. Seçki məntəqələrinin təhlükəsizliyi yaxşı təmin olunub. Müşahidəçilərin seçki prosesini izləməsi və seçicilərin seçki prosesində iştirakı üçün bütün şərait yaradılıb".

 

Qeyd edək ki, bu gün Rusiyada prezident seçkiləri keçirilir. Ölkənin 85 regionunda 97 min 300-dən çox məntəqə fəaliyyət göstərir. Rusiyadan kənarda isə 401 məntəqə yaradılıb. Rusiya Mərkəzi Seçki Komissiyasında Moskva vaxtı ilə saat 10:00-dan informasiya mərkəzi fəaliyyət göstərir. Bütün seçki məntəqələrində müşahidə kameraları quraşdırılıb. Həmin kameralar vasitəsi ilə MSK məntəqələrdən canlı yayım vasitəsi ilə seçki prosesini müşahidə edir. Səsvermə Moskva vaxtı ilə saat 21:00-da Rusiyanın ən qərb regionunda, Kalininqradda başa çatacaq. Seçkinin ilkin nəticələrini isə Rusiya MSK martın 19-da saat 10:00-da açıqlayacaq.

 

Növbəti 6 il üçün prezident postu uğrunda hazırki prezident Vladimir Putinlə yanaşı, daha 7 namizəd - Kommunist Partiyasının namizədi Pavel Qrudinin, Liberal Demokrat Partiyasından olan namizəd Vladimir Jirinovski, Rusiya Ümumxalq İttifaqı Partiyasının namizədi Sergey Baburin, "Vətəndaş təşəbbüsü" partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, "Rusiya Kommunistləri" Partiyasının namizədi Maksim Suraykin, biznes ombudsmanı Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparırlar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

09:07 22 Aprel
Video
12:28 21 Aprel
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • goranboyda mikroavtobus vaz la toqqusub 3 nefer xesaret alib yenilenib
    Goranboyda mikroavtobus "VAZ"la toqquşub, 3 nəfər xəsarət al...
  • tbiliside enenevi cay festivali kecirilib
    Tbilisidə ənənəvi Çay festivalı keçirilib
tbiliside enenevi cay festivali kecirilib tbiliside enenevi cay festivali kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 22 Aprel, 2018

USD
1.7
 
EUR
2.0981
 
RR
0.0279