Nobel mükafatı laureatı Elis Munro vəfat edib

Nobel mükafatı laureatı Elis Munro vəfat edib
# 14 may 2024 22:51 (UTC +04:00)

Ədəbiyyat üzrə Nobel mükafatı laureatı, kanadalı yazıçı Elis Munro 92 yaşında vəfat edib.

APA xəbər verir ki, bu barədə “The Globe and Mail” nəşri məlumat yayıb.

Bildirilib ki, müəllif azı 10 il demensiyadan əziyyət çəkib.

Munro Kanadanın Ontario əyalətindəki qocalar evində dünyasını dəyişib.

1980-1990-cı illərdə onun kitabları dörd ildən bir nəşr olunub.

Yazıçı həmçinin Avstraliya, Çin və Skandinaviyada mühazirələr oxuyub.

Munro, Britaniya Kolumbiyası və Kvinslend Universitetlərində ədəbiyyatdan dərs deyib.

2009-cu ildə yazıçı məcmu nailiyyətlərinə görə Beynəlxalq Buker Mükafatını qazanıb dörd ildə sonra isə "müasir qısa hekayənin ustası" kimi Ədəbiyyat üzrə Nobel mükafatına layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR