Bakı. Fərid Mirzəyev – APA. “Keçən il ərzində 27 nəfər dələduzluq, 11 nəfər pulunun aldadılaraq əlindən alınması şikayəti ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edib”.
Komitədən APA-ya verilən məlumata görə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və onun nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən təkcə keçən il ərzində 3866 nəfərə sosial, psixoloji, konsultativ yardımlar edilib, 775 risk qrupundan olan ailəyə problemlərinin həlli məqsədilə səfərlər edilib.
Məlumatda qeyd olunub ki, ümumilikdə Dövlət Komitəsinin tabeçiliyinə verildiyi gündən bu günə qədər Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə edilmiş müraciətlərin sayı 7842 olub: “Onlardan 3691-i uşaq məsələləri ilə bağlı müraciətlər olub. Komitəyə ümumilikdə 28079 vətəndaş müraciət edib. Qurum tərəfindən həmin problemlər həll edilib, həm də digər fəaliyyətlər həyata keçirilib”.