Bu ilin yanvar-aprel aylarında Azərbaycan 12 373,24 min ABŞ dolları dəyərində metanol ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi yeni hesabata əsasən apardığı hesablamalara görə, ötən dörd ay ərzində ölkədən 123 732,4 ton metanol (metil spirti) ixrac edilib.
Azərbaycanın yanvar-aprel aylarının qeyri-neft sektoru üzrə ixracında metanolun payı 2,25% təşkil edib.
Bundan başqa, hesabat dövrü Azərbaycan 7 365,22 min dollar dəyərində 50 438,85 ton azot gübrəsi ixrac edib. Azərbaycanın yanvar-aprel aylarının qeyri-neft sektoru üzrə ixracında azot gübrəsinin payı 1,34% təşkil edib.