Tikinti sahəsində yeni tələb qoyulur

Tikinti sahəsində yeni tələb qoyulur
# 28 fevral 2019 10:32 (UTC +04:00)

Tikintiyə icazə verilərkən ilk öncə tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğun olub-olmaması barədə rəy əsas götürüləcək.

ONA-nın məlumatına görə, bu, Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq Tikinti və Şəhərsalma Məcəlləsinə təklif edilən dəyişikliklərdə əksini tapıb.

Müvafiq icra hakimiyyəti orqanı 5 iş günü müddətində rəy verməlidir. Tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Şəhərsalma və Tikinti Məcəlləsinə, o cümlədən ərazilərin zonallaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olmaması barədə rəy tikintiyə icazə verilməsindən imtina üçün əsasdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR