“Liverpul” yeni transferini açıqlayıb

“Liverpul” yeni transferini açıqlayıb
# 05 avqust 2019 17:26 (UTC +04:00)

İngiltərənin “Liverpul” klubu heyətinə yeni futbolçu qatıb.

APA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi “Vest Hem” klubunun sabiq qapıçısı Adrianla müqavilə imzalayıb.

Belçikalı Simon Minyoleni “Brügge”yə çatan mersisaydlılar onun əvəzinə 32 yaşlı qolkiperi sıralarına qatıb. Yeni qapıçı ilə 2+1 illik müqavilə imzalanıb. “Vest Hem”lə müqaviləsi başa çatan Adrian “Liverpul”a azad agent kimi keçib.

Qeyd edək ki, qapıçı “Vest Hem”də 6 il çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR