Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin sentyabrın 1-ə müştərilər tərəfindən banklara yerləşdirilən əmanətlərin həcmi 7 mlrd. 931,9 mln. manat təşkil edib.
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş məlumatda qeyd edilib.
2015-ci ilin avqust ayı ilə müqayisədə bu ilin eyni dövründə bu göstərici 611,6 mln. manat və ya 8,35% artıb.
Bununla yanaşı, bu ilin avqust ayında əmanətlərin həcmi 88,1 mln. manat və ya 1,12% artıb. Ümumiyyətlə, bu ilin əvvəlindən banklarda olan əmanətlərin həcmi 1 mlrd. 542 mln. manat və ya 16,28% azalıb.