Bakı. Musa Əhmədov – APA-Economics. Vergilər Nazirliyi vergi borcuna görə “Azərkabel” ASC-yə məxsus qeyri-yaşayış binasını hərraca çıxarıb.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, mağazaya 71000 manat qiymət qoyulub.
Mağaza birinci dəfə hərraca çıxarıldığından binanın qiyməti qanunvericiliyə uyğun olaraq 10% aşağı salınıb. Başqa sözlə, hərracda qalib olan şəxs bu mağazanı 63 900 manata ala biləcək.
Hərracda iştirak etmək istəyənlər 3195 manat beh verməlidir.
Hərraca çıxarılan əmlak Mingəçevir şəhəri, H.Əliyev prospekti 65 ünvanında yerləşir.
Bundan başqa, “Sənaye-Tikinti-Servis” MMC-yə də məxsus mağaza da vergi borcuna görə hərraca çıxarılıb. Mağazaya 5000 manat qiymət qoyulub.
Mağaza birinci dəfə hərraca çıxarıldığından binanın qiyməti qanunvericiliyə uyğun olaraq 10% aşağı salınıb. Başqa sözlə, hərracda qalib olan şəxs bu mağazanı 4500 manata ala biləcək.
Hərracda iştirak etmək istəyənlər 450 manat beh verməlidir.
Hərraca çıxarılan əmlak Balakən şəhəri, M.Əsədov küçəsi, ev 3a ünvanında yerləşir.