Əsəd: “Suriyada mötədil müxalifətin olması mifdir”

Əsəd: “Suriyada mötədil müxalifətin olması mifdir”
# 06 oktyabr 2016 22:57 (UTC +04:00)

Bakı-APA. Suriya prezidenti Bəşər Əsəd bildirib ki, rəhbərlik etdiyi ölkədə mötədil müxalifətin olması mifdir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Bəşər Əsəd Danimarkanın TV-2 telekanalına müsahibəsində deyib.

“Siz taybuynuz atın nə olduğunu bilirsiniz? Bu mifdir. Mötədil müxalifət də mifdir. Çünki, mövcud olanları olmayanlardan ayırmaq qeyri-mümkündür”, - deyə Əsəd müxbirin ABŞ-ın Suriya müxalifətini mötədil və radikalllara bölmək məsələsində üzləşdiyi çətinliklərlə bağlı sualına cavabında deyib. .

“Onların hamısının eyni üzvləri var - o üzvlər ki, dörd il əvvəl “Azad Suriya Ordusu”, sonra “Ən-Nüsrə”, daha sonra isə İŞİD üzvləri oldular”, - deyə prezident əlavə edib.

“Beləliklə, eyni silahlılar bir qrupdan digərinə keçir, bu səbəbdən də, onları ayırmaq qeyri-mümkündür. Əslində, bunu heç etmək də istəmirlər”, - deyə Əsəd qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR