Azərbaycanın Türkmənistandakı səfirliyində qeydiyyatda olanların 90 faizdən çoxu seçkidə iştirak edib

Azərbaycanın Türkmənistandakı səfirliyində qeydiyyatda olanların 90 faizdən çoxu seçkidə iştirak edib
# 08 fevral 2024 16:27 (UTC +04:00)

7 fevral 2023-cü ildə Türkmənistan ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşına çatmış və aktiv seçki hüququna malik Azərbaycan Respublikası vətəndaşları Səfirlikdə yaradılmış 48 nömrəli seçki məntəqəsində yerli vaxtla saat 08:00-dan 19:00-dək səsvermə hüquqlarını həyata keçiriblər.

Səfirlikdən APA-ya verilən xəbərə görə, Türkmənistanın Ahal (Aşqabad) vilayəti ilə yanaşı, digər vilayətlərdə yaşayan Azərbaycan Respublikası vətəndaşları da səsvermədə fəal iştirak edib. Seçkilərdə seçicilərin 90 faizindən çoxunun məntəqəyə gələrək iştirak etdiyi məlum olub.

Seçicilər Türkmənistandakı Səfirliyimizdə ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirib və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırıblar.

Əhməd Əkbərov

1 2 3 4 5 İDMAN XƏBƏR

Seçki-2024

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR